...

Fransanın "La Gazette" onlayn qəzetindən "Le Figaro"da Azərbaycana qarşı əsassız fikirlərin yer aldığı yazıya cavab

Siyasət Materials 12 İyun 2023 15:17 (UTC +04:00)
Fransanın "La Gazette" onlayn qəzetindən "Le Figaro"da Azərbaycana qarşı əsassız fikirlərin yer aldığı yazıya cavab

Bakı. Trend:

Fransanın "La Gazette" onlayn qəzetində "Le Figaro" qəzetində Azərbaycana qarşı əsassız fikirlərin yer aldığı yazıya cavab olaraq məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalədə deyilir:

""Le Figaro" gündəlik qəzetinin zavallı redaktoru Fransa mətbuatının bütün jurnalist stereotiplərinə baxmayaraq "gözəl" məqalə dərc edib. Fransız qəzetlərində zaman-zaman qızdırmadan yaranan qabarcıqlar kimi bu cür məqalələr peyda olur. Demək olmaz ki, bu redaktor özü-özünü keçib. Xeyr. O ondan istəniləni edib: erməni diasporasının adi ritorikasından istifadə edərək baş redaktorunu və səhmdarları məmnun edib. Biz artıq neçənci dəfədir ki, fransız mətbuatından Azərbaycanda guya "dünyanın ən avtoritar rejimlərindən biri" olduğunu "öyrənirik". 1998-ci ildə İrəvanda insanlar parlamentin zalına soxularaq pulemyotdan deputatları güllələmişdilər. 2018-ci ildə bu şəhərin küçələrində polis nümayişçilərə atəş açmış və onlardan bir neçəsini ölümcül yaralamışdı. Bəs Azərbaycanda hökumətin buraxdığı qan izləri hardadır?", - materialda deyilir.

Qeyd olunduğu kimi, yaramaz "tədqiqatçı" Azərbaycanda guya hakimiyyət bölgüsünün olmadığını iddia edir.

"Budur, sizin üçün respublika əxlaqı: prezident Makron necə, hakimiyyəti bölüşür? Milyonlarla insan aylardır ki, pensiya islahatına qarşı küçələrə çıxır, bəs nəticəsi nədir? Yoxdur. Yalnız qançırlar və Konstitusiyanın 49.3-cü maddəsinin tətbiqi. Prezident Ollandın dövründə milyonlarla insan eynicinsli nikahlara qarşı nümayişlərə çıxmışdı. Nəticəsi nə oldu? Qançırlar, qazla zəhərlənmə. Yeni qanuna isə səs verildi. Qətiyyətlə..! "Le Figaro" qəzetinin hörmətli redaktoru, hakimiyyət heç vaxt bölüşdürülmür, institut və qanunların hüquqi çərçivəsində həyata keçirilir", - materialda deyilir.

"La Gazette" qəzetindəki məqalədə qeyd olunur ki, Azərbaycanda müxalif partiyalar var və bunlardan bəziləri, həmçinin 37 müstəqil deputat parlamentdə oturur.

"Bir çox qəzetlər və veb saytlar özlərinin müxalif mövqeyini açıq şəkildə bəyan edirlər. Bu müxalifət özünü göstərə bilir və tənqidi bəzən kəskin olur. Lakin bunu bilmək üçün siz kiçik araşdırma aparmalısınız, "Le Figaro" qəzetinin cənab redaktoru! Fransada da deyəsən müxalifət var... Amma kimsə Fransada COVID-19 və ya Ukraynadakı müharibədə iştirak kimi mühüm məsələlər üzrə müxalif siyasi bəyanatlar eşidib? Makron bildirib ki, ölkəsi "epidemiya" ilə "müharibə vəziyyətindədir" və səhiyyə sahəsində fövqəladə vəziyyət elan olunub. Ukraynada Fransa "maraqlı tərəf"dir, "müttəfiq" deyil. Fransa silah tədarük edir, lakin müharibə elan etməyib, nə parlament, nə də müxalifət heç bir söz deməyiblər. Ümumi hakimiyyət, mübahisəsiz nüfuz? Yoxsa parlamentin səsverməsi olmadan xaricdə hərbi əməliyyatlar aparan avtoritar dövlət?", - müəllif yazır.

Materialda Azərbaycanın 1991-ci ildə müstəqillik qazandığı ilk illərdən müharibə vəziyyətində olduğu xatırladılır.

"Sadəcə fövqəladə vəziyyət deyil, müharibə vəziyyəti. Ölkə ərazisinin iyirmi faizi işğal olunmuşdu, bir milyona yaxın qaçqın və məcburi köçkün isə etnik təmizləmə travması yaşamışdı. 1940-cı ildə Fransanın kapitulyasiyasının nəticələri yalnız bir neçə həftə çəkmişdi və insanlar öz evlərinə qayıda bilmişdilər. Azərbaycanın vəziyyətində isə insanlar evlərinə qayıda bilməmişdilər. Bu şok vəziyyətinə baxmayaraq, hökumət qan tökmədi. Heç kim "Sarı jiletlilər"in demokratik respublikasında olduğu kimi nə gözündən, nə də əlindən olmadı. 1914-1918-ci illər ərzində müharibə dövründə Fransada müxalifətin hansı azadlığı var idi? Bütün danışıqlar milli birlik barədə idi. Məqalələrdə, qəzet və kitablarda böyük boşluqlar var idi, senzura gizlədilmirdi. Otuz il müddətində müharibə vəziyyətində olan Azərbaycanda isə bu barədə eşidilməyib. "Le Figaro" qəzetinin cənab redaktoru, xatırlayırsınızmı, fransız pasifistlərinin lideri Jan Jores 1914-cü ildə müharibə elan olunmazdan əvvəl öldürüldü? Azərbaycanda isə heç bir pasifit tapançadan güllələnməyib. Cənab redaktor, bir daha deyirik, bacarırsınızsa və qəzetinin redaksiyası sizə icazə verərsə öz problemlərinizlə məşğul olun. Biz kütləvi informasiya vasitələrinin qaralanmasına və otuz il ərzində məruz qaldığımız digər formada ədalətsizliyə öyrəşmişik. Sizin yazdığınız bayağılıqlar sizə qədər min dəfə təkrarlanıb və heç bir təsirə malik deyil. Həqiqəti və ədaləti sarsıtmaq elə asan deyil...", -məqalədə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti