...

Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik - XİN

Siyasət Materials 25 Aprel 2025 14:07 (UTC +04:00)
Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik - XİN
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Biz Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktına reaksiya verəcəklərini gözləyirik.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.

“Bizi narahat edən əsas məqamlardan biri Ermənistan siyasətində hələ də revanşist meyillərin qalması, o cümlədən ölkənin sürətlə hərbiləşdirilməsidir – bu hələ də təhdid mənbəyi olaraq qalır. Xüsusilə, son günlərdə baş verən hadisələr ciddi narahatlıq doğurur – iki gün əvvəl İrəvanda kütləvi yürüş zamanı Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik xarakterli şüarlar səsləndirilib. Bu ölkələrin bayraqları yandırılıb.

Təəsüflər olsun ki, anoloji insident növbəti gün Parisdə də baş verib. Biz bu ölkələrin hakimiyyətlərinin qanun çərçivəsində insidentə reaksiya verəcəyini gözləyirik: bu cür addımlar cinayət xarakterlidir və qarşısı qəti şəkildə alınmalıdır”,-deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti