...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU NAMİZƏDLƏRİNİN PLATFORMASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Siyasət Materials 6 Oktyabr 2005 14:04 (UTC +04:00)

"Azərbaycan Naminə (AN) seçki blokunun deputatlığa namizədlərinin platformasının təqdimat mərasimi keçirilib". Trend xəbər verir ki, platformada blokun beş illik fəaliyyət proqramı öz əksini tapıb.

AN seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev platforma haqqında məlumat verərək bildirib ki, bu sənəddə Milli Məclisdə dövlətimizin və xalqımızın maraq və mənafeyini özündə əks etdirən on iki istiqamətdə qanunvericilik təşəbbüsü göstərilib: "Bu sıraya əsasən Azərbaycanın ərazi btüövlüyünü və milli təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi, milli təhlükəsizlik, xarici siyasət və hərbi doktirinanın konsepsiyalarının hazırlanması daxildir".

Adıçəkilən blokun namizədləri ayrı-ayrılıqda çıxış edərək seçiləcəkləri təqdirdə platformada nəzərdə tutulan müddəaları yerinə yetirəcəklərini bildiriblər. Təqdimat mərasiminin sonunda blokun namizədlərinin Azərbaycan seçicilərinə müraciəti ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti