İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclası gələn ilin əvvəllərində keçiriləcək.Bu barədə Trend ə Azərbaycanın Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfiri Ramiz Həsənov məlumat verib.
Onun sözlərinə görə, komissiyanın növbəti iclasına hazırlıq üzrə işlər iki ölkənin hökumətləri səviyyəsində aparılacaq. Gündəliyə iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının eləcə də, energetika, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üzrə məsələlər daxildir.
Səfirin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasından fərqli olaraq , dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın iclası ilin sonlarında keçiriləcək. Səfir bildirib ki, bu dəfə iclas Tbilisidə keçiriləcək.