...

Etibar Pirverdiyev: Azərbaycanda elektrik enerjisi ilə təmin olunmamış yaşayış sahəsi yoxdur

Siyasət Materials 1 May 2006 17:09 (UTC +04:00)
Etibar Pirverdiyev: Azərbaycanda elektrik enerjisi ilə təmin olunmamış yaşayış sahəsi yoxdur

Trend in "Azerenerji" ASC prezidenti ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycan edektroenergetika sənayesinin inkişafı baxımından keçən ilin nəticələrini necə qiymətləndirirsiniz?

- Aparılan işləri ümumən müsbət qiymətləndirmək olar. Bildiyiniz kimi, əsası mərhum prezident, xaqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş enerji sistemimiz Azərbaycan Respublikasının iqtisadi siyasətində neft-qaz sektoru ilə yanaşı çox önəmli yer tutur. Liderimiz daim vurğulayırdı ki, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi respublikanın enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Təsadüfü deyildir ki, hazırda enerji sistemimizdə mövcud olan bütün iri enerji müəssisələri onun verdiyi göstərişlər, məsləhətlər və tapşırıqlar əsasında tikilmişdir. Heydər Əliyevin rəhbərliyi və birbaşa iştirakı ilə gələcək dövrlər üçün enerji sisteminin inkişafının əsasları qoyulurdu. Energetika sisteminin yenidən qurulması və inkişafı ilə əlaqədar bütün məsələlər hərtərəfli müzakirələrdən sonra müvafiq planlara qoşulurdu. Hazırda, energetika sahəsinin inikşafı üzrə aparılan siyasət respublika prezidenti cənab İlham Əliyev tərəfindən də hərtərəfli şəkildə dəstəklənir. Elektroenergetika ölkənin

sosial infrastrukturunun da vacib elementidir. Hazırda Azərbaycan Respublikasının ərazisində elektrik energisi ilə təmin olunmayan yaşayış sahəsi yoxdur, əhali və sənaye sahələri tərəfindən ən çox istifadə olunun enerji növü elektrik enerjisidir. Energetika sahəsinin inkişaf etdirilməsi dövlətin iqtisadi və sosial siyasətinin ən prioritet istiqamətlərindən biridir. Respublikanın iqtisadiyyatı üçün energetika sahəsi həmişə strateji əhəmiyyət daşımış və gələcəkdə də daşıyacaqdır.

Azərbaycanda elektroenergetika sahəsinin inkişafı məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər 2005-2015-ci illər ərzində "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə" və "2004-2008-ci illərdə Respublika regionlarının iqtisadi və sosial inkişafı üzrə" Dövlət proqramları ilə tənzimlənir. Bu proqramlarda yeni obyektlərin tikintisi və uzun müddət istismarda olanların yenidənqurulması nəzərdə tutulmuşdur ki, bu da respublikanın elektrik enerjisinə olan tələbatını tam şəkildə ödəməyə imkan verəcək. Proqramlar texniki, iqtisadi və ekoloji xarakterli vacib məsələlərin həlli nəzərə alınaraq hazırlanmışdır.

Azərbaycan Respublikanının elektroenergetika sahəsində iqtisadi göstəriciləri keçən illə müqafisədə xeyli yaxşılaşdırılmışdır. Belə ki, 2005-ci ildə enerji sistemi üzrə 22,348 milyard kilovatsaat (kVts) elektrik enerjisi hasil olunmuşdur. Bu, elektrik enerjisi istehsalının 2004-cü ilə nisbətən 4,7% çox olması, eləcə də 2005-ci ilə 21,193 milyard kVts həcmində proqnozlaşdırılan göstəricisinin 105,5% yerinə yetirilməsi deməkdir. İstilik-elektrik stansiyalarında 18,973 milyard kVts proqnoza qarşı elektrik enerjisinin istehsalı 19,34 milyard kVts, yəni 101,9% yerinə yetirilmişdir ki, bu da 2004-cu ilə nisbətən 4% çoxdur. Su elektrik stansiyalarında isə 2,22 milyard kVts proqnoza qarşı faktiki 3,007 milyard kVts, yəni 135,5% elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 2004-cü ilə nisbətən 9,2% artıqdır.

İstilik enerjisinin buraxılışında da müsbət irəliləyişlər əldə olunmuşdur. 2005-ci ildə istilik enerjisinin buraxılışı 654, 92 min hiqakalori (hkal) plana qarşı 700, 925 min hkal olmuşdur və proqnoz 107% yerinə yetirilmişdir ki, bu da 2004-cü il ilə müqayisədə 11,185 min hkal çoxdur.

2005-ci ildə enerji sisteminin ən aktual iqtisadi göstəricisi hesab olunan elektrik və istilik enerjisinin istehsalına şərti yanacağın xüsusi sərfi 2004-cü illə müqayisədə azalmışdır. Belə ki, hər 1 kVts elektrik enerjisinin şindən buraxılışına 378,8 qram, 1 hkal istilik enerjisinin buraxılışına isə 191,9 kiloqram şərti yanacaq sərf olunmuşdur. 2005-ci ildə keçən ilə nisbətdə elektrik enerjisinin buraxılışına şərti yanacağıın xüsusi sərfi faktiki hər bir kVts üçün 7,1 qram, istilik enerjisinin buraxılışına isə şərti yanacağın xüsusi sərfi faktiki hər 1 hkal üçün 0,06 kiloqram azalması nəticəsində 2005-ci ildə 130,3 min ton şərti yanacağa, faktiki yanacağa çevirəndə isə ya 95,8 min ton soba mazutuna və ya 117 mln. m3 təbii qaza qənaət edilmişdir.

Yuxarıda qeyd olunan nailiyyətlər enerji obyektlərinin səmərəli istismarı ilə yanaşı enerji bloklarında və avadanlıqlarında aparılan təmir işləri nəticəsində əldə olunmuşdur. Belə ki, 2005-ci ildə tərtib olunmuş qrafikə əsasən aşağıda göstərilən enerji müəssisələrində planlaşdırılmış təmir kampaniyası keçirilmişdir:

-Azərbaycan İstilik elektrik stansiyasının yenidən qurulması və mövcud olan enerji bloklarının güclərinin bərpası üçün ABŞ-ın "PA Consulting" şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanmışdır. İlkin olaraq, "Azərenerji" ASC öz hesabına Azərbaycan İstilik elektrik stansiyasının 5-ci blokunda yenidənqurma işlərini həyata keçirmək üçün təkliflər sorğusu prosedurunu keçirmişdir. Rusiyanın "Silovıye maşinı" şirkəti prosedurun qalibi çıxmış və 5-ci blokun yenidən qurulmasını başa çatdırmışdır. Həticədə blokun gücü 170 meqavattdan (MVt) 330 MVt-a çatmışdır, elektrik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi hər 1 kVts üçün 401 qramdan 320 qrama qədər azaldılmışdır və bu da ildə 130 min ton mazuta qənaət edilməsi deməkdir. Bundan başqa, 7-ci enerji blokunun əsaslı təmiri keçirilmişdir və nəticədə 60 MVt güc artımı əldə edilmişdir. Aparılmış orta təmir işləri nəticəsində güc artımı digər enerji bloklarında da əldə edilmişdir: 1-ci blokda - 10 MVt, 4-cü blokda - 20 MVt və 6-cı blok
da - 20 MVt. Digər enerji bloklarının yenidən qurulması işlərinin maliyyələşdirilməsi üçün müxtəlif banklarla danışıqlar aparılır. Bu məqsədlə həyata keçiriləcək satınalmalar Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" qanununun müddəalarına uyğun aparılacaq.

- Əli-Bayramlı İstilik elektrik stansiyasında planda nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilmişdir. 6-cı enerji blokunun əsaslı təmiri nəticəsində 40 MVt güc artımı əldə edilmişdir.

- "Şimal" elektrik stansiyasında 2-ci 400 MVt-lıq buxar-qaz qurğusunun (BQQ) inşası üçün Yaponiyanın "TEPSCO" və Finlandiyanını "Enprima" şirkətləri alyansı məsləhətçi seçilmişdir. Layihəni maliyyələşdirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının razılığını almaq üçün seçimlə bağlı olan müvafiq sənədlər hazırlanmışdır. Əgər məsləhətçi xidmətlər ilə müqavilə yaxın vaxtlarda bağlansa, onda enerji blokunun istismara buraxlmasıının gözlənilən vaxtı 2008-ci ilin oktyabr ayı olacaq. Eləcə də, 1-ci 400 MVt-lıq BQQ-da "C" təftişi aparılmış, qazanda su itkiləri aradan qaldırılmışdır. Bu tədbirlər nəticəsində enerji blokunun etibarlıılığının artması, nominal yükün bərpası əldə edilmişdir. Bundan başqa, 150 MVt-lıq enerji blokunda da orta təmir işləri aparılmış və nəticədə 10 MVt güc artımı əldə edilmişdir.

- Sumqayıt İEM-də gücü 500 MVt olan BQQ-nun tikinti layihəsində texniki və maliyyə məsləhətləri üzrə təkliflər sorğusu keçirilmişdir. Texniki məsləhətçi Finlandiyanın "Enprima" firması, maliyyə məsləhətçisi isə Almaniyanın "Bajerischelandesbank" Bankı seçilmişdir. "Enprima" şirkəti TİƏ-ni təqdim etmişdir. Stansiyanın tikintisi üzrə keçirilmiş tenderin qalibi Almaniyanın "Siemens" şirkəti olmuşdur. "Siemens" şirkəti və "Azərenerji" ASC arasında elektrik stansiyasının tikintisi üçün 25 may 2005-ci il tarixində müqavilə imzalanmışdır. 2007-ci iildə istismara veriləcək stansiyanın tikintisi Fransanın "Paribas BHP", "Societe General" və Almaniyanın "Bajerischelandesbank" bankları tərəfindən maliyyələşdirilir. Hazırda tikinti işləri aparılır.

- Haxçıvan Muxtar respublikasında qaz turbin elektrik stansiyasının yenidən qurulması TG -16 tipli qaz turbinlərinin qaz yanacağına keçirilməsinə imkan verəcəkdir. Bu layihə "Hordkap" bankı ilə imzalanmış MaliyyəMüqaviləsi əsasında maliyyələşdirilir. Almaniyanın "Enerco", İtaliyanın "GTT", Avstriyanın "ABB" şirkətləri ilə muqavilə imzalanmışdır. Haxçıvan MR- İrandan təbii qazın verilməsi ilə stansiyanın 4 ədəd turbininin dizel yanacağından qaz yanacağına keçirilməsi üçün aparılan işlər başa çatdırılmışdır. Hazırda, aqreqatların işə qoşulması planlaşdırılır.

Enerjiötürücü sektorunun yenidən qurulması üzrə də xeyli işlər görülmüşdür. Ümumi uzunluğu 5489 km olan 35-500 kilovotluq (kV) elektrik verilişi xətlərinin (EVX) 1372 km hissəsində əsaslı və cari təmir işləri aparılmışdır, o cümlədən:

- 28320 ədəd zədəli və farfor izolyatorları yeni şüşə izolyatorları ilə əvəz olunmuşdur;

- 51 ədəd istismara yararsız hava xəttinin dayaqları dəyişdirilmişdir;

- 584 ədəd dayaq təmir edilmişdir;

- 32 km zədəli və aşağı en kəsikli naqil dəyişdirilmişdir;

- 36 ədəd dayağın özülü təmir olunmuşdur.

Respublikanın elektrik energisinə artan tələbatının ödənilməsi məqsədi ilə, 110 kV-luq Yevlax, Bərdə, Kürdəmir, Sabirabad, Ucar, Masallı, "135 saylı" yarmıstansiyalarda (US) ifrat yüklənən transformatorlar böyük gücündə olan transformatorlar ilə əvəz edilmişdir. Beləliklə, hazırki mərhələyə kimi YS-larda transformatorların artım gücü ümumilikdə 142 meqavoltamper (MVA) təşkil etmişdir.

"Varvara" SES-də istehsal olunan elektrik enerjisinin enerji sisteminə ötürülməsi məqsədi ilə uzun illər tikintisi yarımçıq qalmış 35 kV-luq "Varvara SES-Yevlax" EVX-nin tikintisi başa çatdırılmışdır, 110 kv-luq 1,2-ci Ucar, 1,2,3-cü Qala, 1-ci Suraxanı hava xətlərində yenidərqurma işləri aparılmışdır, xətlərin enerji ötürücülük göstəriciləri artırılmışdır.

Bakı şəhərinin ətraf rayonlarının elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə rəsmi açılışı yaxın günlərə planlaşdırılmış yeni 110/10 kV-luq 1x16 MVA və 1x10 MVA gücündə Binə YS-nın tikintiki başa çatdırılmışdır.

2005-ci ilin əvvəlindən Almaniyanın KFW bankı tərəfindən maliyyələşdirilən "Elektrik enerjisinin ötürülməsi II" Reabilitasiya Proqramı çərçivəsində enerji sisteminin 500 kV-luq Abşeron, 330 kV-luq Yaşma, İmişli, 220 kV-luq Xırdalan, eləcə də bir sıra 110 kV-luq yarımstansiyalarında yenidənqurma işləri aparılmışdır, köhnə elektrik avadanlıqları müasir avadanlıqlarla əvəz edilmişdir. 110-kV-luq Puta və Maştağa YS-rı tam yenidən qurulmuşdur.

Bu istiqamətdə YS-da nəzərdə tutulmuş yenidənqurma işləri davam etdirilir.

"Azərenerji" ASC-nin dispetçer məntəqəsinin yenidən qurulmasının 1-ci fazası layihəsi üzrə keçirilmiş tenderin qalibi Almaniyanın "Siemens" şirkəti elan edilmişdir və bu şirkət ilə kontrakt imzalanmışdır.

İran İslam Respublikası ilə enerji mübadiləsinin və Respublikanın cənub bölgəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün Əli-Bayramlı İES-də 330 kV-luq paylayıcı quruluşun yenidən qurulması, yeni 330 kV-luq "Əli-Bayramlı İES- İmişli-Parsabad" EVX-nin tikintisi, yeni 220- kV-luq Salyan YS-nin inşası, 220 kV-luq "Əli-Bayramlı İES- Salyan-Masallı-Astara" EVX-nin tikintisi ilə bağlı 220 kV-luq Masallı YS-nın yenidən qurulması üzrə tender keçirilmişdir, tenderin qalibi İranın "Sunir" şirkəti olmuşdur.

- "Azərenerji" Azərbaycanın bir çox rayonlarında modul tipli elektrik stansiyalarının quraşdırılmasını həyata keçirir. Bu layihə elektroenergetika sahəsindəki enerji deyisitini kompensasiya etməyə imkan verəcəkmi? Bu layihələrə qoyulacaq investisiyanın həcmi nə qədər olacaq?

- Məlumdur ki, sovet məkanında Azərbaycanın enerji sistemi Birləşmiş Transqafqaz Enerji Sisteminin bir hissəsi idi və o da öz növbəsində Sovet İttifanının vahid enerji sisteminə daxil idi. SSRİ-nin dağılması Azərbaycanın enerji sistemini digər Transqafqaz respublikalarının enerji sistemlərindən ayırdı və burada ancaq Resiya Federasiyasının Şimali Qafqaz regionu ilə əlaqə qaldı. Hazırda Azərbaycanda istehlakçıların 50%-nin respublikanın şərq, şimal və müəyyən qədərinin cənub hissələrində cəmləşməsinə baxmayaraq, Azərbaycan Respublikasında istehsal olunan gücün 80%-i qərbdə (gücü 2400 MVt olan buxar turbin tipli Azərbaycan İES, 360 MVt gücündə Mingəçevir , 380 MVt gücündə Şəmkir və 150 MVt gücündə Yenikənd su elektrik stansiyaları) istehsal olunur.

Azərbaycan İES-də istehsal olunan 2400 MVt və Əli-Bayramlı İES-də istehsal olunan 1050 MVt gücündə elektrik enerjisi Abşeron yarımadasına, oradan isə respublikanın digər regionlarına ötürülür. Azərbaycan Respublikasının qərbində yerləşən enerji istehsal mərkəzlərini şimal-şərqdə yerləşən istehlakçılarla əsasən 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron ötürücü xətləri birləşdirmişdir ki, bu da müəyyən qədər enerji itkilərinə səbəb olur.

Modul elektrik stansiyalarının tikintisində əsas məqsəd respublikada elektrik enerjisinə tələbatın ildə 5% artması, yaxın illərdə enerji çatışmazlığı ilə əlaqədar çətintiklər olub. 2007-ci ildə Sumqayıtda 500 MVt-lıq BQQ, 2008-ci ildə isə "Şimal" elektrik stansiyasında 2-ci 400 MVt-lıq BQQ tikiləcək. Bu müddətdə resrublikanın elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə modul tipli elektrik stansiyalarıının tikintisi məqsədəuyğun hesab edilmişdir və bu işlər dövlət tərəfindən dəstəklənmişdir.

Beləliklə, 2005-ci ilin may ayında respublika prezidentinin fərmanı ilə ölkənin müxtəlif regionlarında: Astara, Şəki, Xaçmaz, Haxçıvan Muxtar Respublikası və Bakıda tamamilə yeni tipli beş modul elektrik stansiyası tikintisinin həyata keçirilməsi qərara alınmışdır. Məlum olduğu kimi, 87 MVt gücündə Astara modul elektrik stansiyasının inşası qurtarmışdır. Eyni zamanda, Xaçmaz və Şəki rayonlarında 87 MVt gücündə, 2 saylı Bakı İEM-nin ərazisində 104 MVt gücündə, Haxçıvan şəhərində 87 MVt gücündə analoji elektrik stansiyalarının tikintisi planlaşdırılmışdır və bu istiqamətdə müvafiq işlər həyata keçirilir. Plana görə, Şəki rayonunda inşa edilən elektrik stansiyasının istismara verilməsi 2006-ci ilin avqust ayında, Xaçmaz rayonunda - sentyabr ayında, Bakı və Haxçıvan şəhərlərində isə dekabr ayında gözlənilir. Bu layihələrin həyata keçirilməsi üçün alınmış kredit hesabına təxminən 310 milyon ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulmuşdur. Biz ümidvarıq ki, bu tip yeni elektrik stansiyalarının istismara verilməsi bölgələrdə enerjiyə olan defisiti aradan qaldıracaq, istehsal sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafına güclü təkan verəcək. Göstərilən regionlardan başqa digər yerlərdə bu tip elektrik stansiyalarının tikilməsi indiki mərhələdə müzakirə mövzusu deyildir.

- 2006-2007-ci illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi proqramı çərçivəsində hansı işlərin görülməsi planlaşdırılır? Bu layihələrə qoyulacaq investisiyanın həcmi nə qədər olacaqdır?

- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 1338 nömrəli, 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının surətləndirilməsi Proqramı" çərçivəsində xeyli işlərin görülməsi planlaşdırılır. Bu istiaqmətdə artıq cari ildə də müəyyən işlər görülmüşdür. Buna misal olaraq, yeni 110/10 kV-luq Binə yarımstansiyasının tikilib istismara verilməsini göstərmək olar. 220- kV-luq Xırdalan YS-da 180 MVA gücündə avtotrasformatorun və 110 kV-lq Binəqədi YS-da ifrat yüklənmə rejimində işləyən 2 ədəd 40 MVA gücündə transformatorların əvəz edilməsi üçün Zaporojye transformator zavodundan artıq 1 ədəd 250 MVA gücündə avtotransformator və 2 ədəd 63 MVA gücündə transformatorlar alınıb gətirilmiş və onların əvəz edilməsi işlərinə başlanılmışdır. Göstərilən tədbirlər nəticəsində 71,6 MVA güc artımı əldə olunması gözlənilir. Bu layihələrə qoyulacaq investisiyaların həcmi 47, 207 milyon ABŞ dolları olacaq ki, bunun da 27,221 milyon ABŞ dolları "Azərenerji" ASC -nin, 19,986 milyon ABŞ dolları isə ayrılmış kredit hesabına olacaqdır.

- Azərbaycanın Rusiya və İranla energetika sistemlərinin sinxronlaşdırılması üzrə əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Müasir qloballaşma şəraitində energetika sahəsində əməkdaşlıq xüsusilə vacib və zəruridir. Azərbaycanın enerji sistemi qonşu ölkələrin - Rusiyanın, İranın və Gürcüstanın enerji sistemləri ilə əlaqəlidir. Rusiya Federasiyası ilə bu əlaqə 330 kV-luq Yaşma-Dərbənd EVX, Gürcüstan Respublikası ilə 330 kv-luq Ağstafa-Qardabani EVX, İran İslam Respublikası ilə isə 230 kv-luq İmişli-Parsabad EVX ilə yaradılır. Rusiya tərəfi ilə TİƏ-lər üzrə iş aparılır. Azərbaycan Respublikasına Rusiya Federasiyasından ötürülən elektrik enerjisinin artırlması üçün 2-ci 330 kv-luq EVX-nin çəkilişi məqsədilə sənədlər hazırlanır.

Azərbaycan, Rusiya və İran İslam Respublikasının elektroenergetika sistemlərinin sinxron işlənməsi üçün texniki imkanların yaradılması sahəsində müvafiq işlər aparılır. Bu barədə artıq təərəflər arasında razılıq əldə olunmuş və üçtərəfli komissiya yaradılmışdır. Bununla əlaqədar, Azərbaycan ərazisində görüləcəək işlər üçün İrandan kredit alınmışdır və işlərin görülməsi üçün baş podratçı olan "Sunir" şirkəti ilə kontrakt imzalanmışdır. İşlərin 24 ay ərzində başa çatdırılması nəzərdə tutulubdur.

- "Bayva" kompaniyasına aid obyektlərin "Azərenerji" ASC-nin balansına keçməsi nə vaxt başa çatacaq? Bəs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək baxımından "Barmek" kompaniyasının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hazırda elektrik enerjisinin istehsalı və ötürülməsi ilə əlaqədar idarəetməni Azərbaycan Respublikasının ərazisində "Azərenerji" ASC yerinə yetirir. "Azərenerji" ASC-nin tərkibinə 500, 330 və 220 kv gərginlikli ötürücü xətt və YS, həmçinin 110 kV gərginlikli 126 xətt (ümumi üzunluğu təxmini 2558 km-dir) və 28 YS daxildir. Enerji sistemində əməliyyatlar "Azərenerji" ASC-nin tərkibində olan Dispetçer mərkəzi tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin paylanması üzrə işlər "Barmek Azərbaycan Elektrik şəbəkəsi" MMS və "Bayva-enerji" kimi iki böyük özəl şirkət arasında bölüşdürülmüşdü. "Əli-Bayramlıelektrik şəbəkə" və "Cəngəelektrik şəbəkə" Səhmdar cəmiyyətlərini idarə etmək hüququna dair Azərbaycan Respublikasının İqtisadi İnkişaf Hazirliyi ilə "Bakı Yüksək gərginlikli elektrik avadanlıqları" Səhmdar cəmiyyəti arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri axırıncının yerinə yetirə bilməməsi və bununla əlaqədar həmin müqavilələrin ləğv edilməsi barədə "Bakı yüksək gərginlikli elektrik avadanlıqları" Səhmdar cəmiyyətinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası prezilentinin 5 dekabr 2005-ci il tarixli sərəncamı ilə həmin müqavilələrin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməsi anından "Əli-Bayramlıelektrikşəbəkə" və "Gəncəelektrikşəbəkə" Səhmdar cəmiyyətləri "Azərenerji" ASC-nin tərkibinə veriləcəkdir.

Bununla əlaqədar, "Azərenerji" ASC-nin mərkəzi aparatında Enerji təchizatı idarəsi yaradılmışdır. Ölkə regionlarında beş məhdud məsuliyyətli cəmiyyət yaradılmışdır. Onlardan "Gəncə regional enerji təchizat" MMS, "Mingəçevir regional enerji təchizat" MMC, "İmişli regional enerji təchizat" MMC, "Əli-Bayramlı regional enerji təchizat " MMS, "Masallı regional enerji təchizat" MMS.

Yüksəkgərginlikli (35 kV və yuxarı) EVX-nin istismar keyfiyyətinin yüksəldilməsi məqsədilə yüksəkgərginlikli regional elektrik şəbəkələrinin bazasında yeni "Ağstafa YGES" MMS, "Mingəçevir YGEŞ" MMS, "İmişli YGEŞ" MMS və "Ağsu YGEŞ" və eləcə də üç Energi qovşağı yaralılmışdır.

Hazırda "Bayva-enerji" şirkətinin idarəçiliyində olmuş 0,4-110 kv gərginlikli şəbəkələrin texniki vəziyyətinin təftişi və araşdırılması sona çatmaq üzrədir. Bu işlərlə bərabər onların bərpası və gələcək inkişafı üçün lazım olan tədbirlərin fiziki həcmi təyin edilir. Aparılacaq işlərin müddətinin və dəyərinin təyin edilməsi məqsədilə müvafiq TİƏ hazırlanacaqdır.

"Barmek Azərbaycan elektrik şəbəkəsi" MMC "Azərenerji" ASC-yə heç bir hesabat vermədiyindən onun fəaliyyəti barədə bir söz söyləmək çətindir. Lakin 2001-ci ildə "Bakıelektrikşəbəkə" ASC-ni idarə etmək hüququna dair Azərbaycan Respublikasının İqtisadi İnkişaf Hazirliyi və Türkiyə Respublikasının "Barmek Holdinq A.Ş" arasında bağlanan müqavilənin iki bəndinin şərtlərini - elektrik enerjisinin dəyərinin ödənilməsi və texniki itkilərin azaldılması üzrə götürdüyü öhdəlikləri "Barmek Azərbaycan Elektrik şəbəkəsi" MMC-nin yerinə yetirmədiyini göstərmək olar.

- "Azərenerji" ASC Haxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yeni su elektrik stansiyası tikməyi nəzərdə tutur. Bu məsələ ilə bağlı İran tərəfi ilə danışıqlar aparılırmı?

- Məlum olduğu kimi, blokada şəraitində olan Haxçıvan Muxtar Respublikasında enerji təchizatının yaxşılaşdırılması, fasiləsiz enerji ilə təmin edilməsi istiqamətində 2005-ci ildə əsaslı işlər görülmüşdür. Muxtar Respublikanın Şərur, Sədərək və Babək rayonlarının elektrik təchizatının yaxşılaşdırılması üçün Şərur rayonunda gucu 80 MVA olan 154/110/35 kV-luq, Sadərək rayonunda gücü 10 MVA olan 110/35/10 kv-luq və gücü 2,5 MVA olan 35/10 kv-luq, Babək rayonunda gücü 2,5 MVA olan 35/10 kv-luq YS-lar tikilib istifadəyə verilmişdir, 2,5 km 154 kV-luq, 1,5 km ikidövrəli 110 kV-luq yeni EVX çəkilmişdir, 6 km-ə yaxın 110 kv-lq EVX bərpa olunmuşdur. Haxçıvan şəhərində 110/35/10 kv-luq "Koroğlu" YS-da mövcud 10 MVA gücündə transformator 25 MVA gücündə transfarmator ilə, Şərur rayonunda 35/10 kv-luq "Subartezian" YS-da 2,5 MVA gücündə transformator 6,3 MVA gücündə transformator ilə əvəz edilmişdir. Kəngərli rayonunda 35/10- kv-luq "Qarabağlar" YS-da 2-ci 2,5 MVA gücündə transformator qoyulmuşdur.

2005-ci ildə Haxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında 93 ədəd 10/0,4 kv-luq yeni transformator məntəqələri tikilib istifadəyə verilmişdir, 73 ədəd transformator məntəqələrində transformatorların gücləri artırılmışdır, 103 km uzunluğunda yeni 0,4 -10 kv-luq, 5 km uzunluğunda - 35 kv-luq EVX çəkilmişdir. Muxtar Respublikanın 58.846 fərdi abonentindən 34.900-nə elektrik sayğacı quraşdırılmışdır.

Eyni xamanda, 64 MVt gücündə qaz turbin elektrik stansiyasının yenidən qurulması üçün aparılan işlər başa çatmışdır. Eləcə də, cari ilin dekabr ayında Haxçıvan şəhərində 87 MVt gücündə modul tipli elektrik stansiyasının istismara verilməsi gözlənilir.

Naxçıvan Muxtar Respublikasının energetika sistemində fəaliyyətdə olan istilik elektrik smtansiyaları baza rejimində işləyir, su elektrik stansiyaları əsasən pik yüklənməni ödəmək üçün istifadə olunur. Hazırda mövcud olan su elektrik stansiyalarının real gücü pik yüklərini tam ödəyə bilmir. Ona görə də nəzərdə tutulub ki, yaxın gələcəkdə su elektrik stansiyalarının qoyuluş gücü Muxtar Respublikanın energetika sisteminin ümumi gücünün 30%-nə qədər artırılsın. Bu məqsədlə Araz çayının üzərində su elektrik stansiyasının tikintisi planlaşdırılır. Haxçıvan Muxtar Respublikasının ərazisində gücü 36 MVt olan arx tipli (derivasiya) Ordubad SES-in tikintisi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti