...

İraqda hərbi xidmətini başa vurmuş 90 sülhməramlı Azərbaycana qayıdıb

Siyasət Materials 15 Yanvar 2007 13:52 (UTC +04:00)

İraqda hərbi xidmətini başa vurmuş 90 sülhməramlı Azərbaycana qayıdıb.

Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfər hərbi qulluqçusu Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində qulluq edən hərbçiləri əvəzləmək üçün sonuncu dəfə yanvarın 5-də İraqa yola düşüb. İraqda rotasiya olunmuş hərbi qulluqçular isə Azərbaycana növbəti həftə dönəcək.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları İraqın Əl-Hədit-Ha şəhərindəki Su Elektrik Stansiyasının mühafizəsini həyata keçirir. Bu stansiya Bağdad şəhərinin 50 faizini, bütövlükdə ölkənin isə 30 faizini elektrik enerjisi ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti