...

Azərbaycanda qadın alveri ilə məşğul olan Türkiyə vətəndaşı tutulub

Siyasət Materials 8 Sentyabr 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ş.Əlizadə/ Azərbaycanda qadın alveri ilə məşğul olan Türkiyə vətəndaşı həbs edilib. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Son bir ay ərzində Azərbaycanda insan alveri ilə məşğul olan 30-a yaxın şəxs tutulub. Onların içərisində əcnəbilər də var.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də Türkiyə vətəndaşı Bayram Saninin gəlir əldə etmək məqsədilə qadınları aldadaraq Türkiyəyə aparıb fahişəliyə cəlb etməsi müəyyənləşdirilib.

Sani həbs edilib və faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti