Azərbaycan, Bakı, 16 yanvar /müx. TrendLife Günel Əhmədova/
Bir müddət əvvəl Türkiyə telekanalların birində Azərbaycanın keçmişi ilə bağlı qaranlıq fikirlər söyləyən Bülent Ersoyun açıqlaması ölkəmizdə birmənalı qarşılanmadı. Həyat yoldaşının erməni mənşəli olduğu bildirilən Ersoyun təsir altına düşdüyü və vaxtilə Azərbaycandan narazı getdiyi buna səbəb söylənilirdi.
TrendLife-ın məlumatına görə, bu günlərdə "Star" telekanalında "Popstar Alaturka" şousunun final mərhələsində münsiflər heyətinin üzvü kimi çıxış edən B.Ersoy imkan tapıb köhnə məsələni təzələdi. Müğənninin fikirlərindən onun söylədiyi ifadənin mahiyyətinə varmadığı, yaxud, həqiqətən də, təsir altına düşdüyü qənaətinə gəlmək olardı. Müğənni çıxışında bildirib ki, onun, əslində, Azərbaycan xalqına qarşı heç bir qərəzi yoxdur, sadəcə olaraq, onun fikirləri təhrif olunub:
"Mənim Azərbaycan xalqına böyük hörmətim var. Azərbaycan milləti mənidövlət sənətçisi adladırıb. Həmişə qeyd etmişəm və indi də deyirəm ki, Azərbaycan bir millət, iki dövlətdir".
Sarıgəlin mahnısı məsələsinə gəlincə, müğənni bildirib ki, o, mahnının ermənilərə məxsus olduğunu söyləməyib. Müğənni əlavə edib ki "bəzi insanlar müxtəlif böhtanlarla məni Azərbaycan xalqının gözündən salmaq istəyirlər".
Müxtəlif xülyalara düşən Ersoy, nəhayət, öz dili ilə danışa bildi. Lakinonun bu fikirləri bir müddət əvvəl "Azərbaycanı mənşəyi bilinməyən xalq" adlandırması kimi fikrini ört-basdır edə bilməyəcəyi qənaətindəyik.
Xatırladaq ki, həmin vaxt türkiyəli müğənni Meral Konrat təmsil olunduğu qurumun vasitəsilə bəyanat yaymış, həmçinin, Türkiyə Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinə teleqram vuraraq, Ərsoyun yaramazlıqlarına son qoyulmasını tələb etmişdi. Eyni zamanda, Azərbaycanın bir neçə ziyalısı müğənninin dövlət səviyyəsində susdurulması tələbi ilə çıxış etmişdi.