...

Baş Prokurorluq Elşad Abdullayevlə bağlı həbs olunanlar barədə məlumat yayıb

Cəmiyyət Materials 7 Noyabr 2012 16:17 (UTC +04:00)
Baş Prokurorluq qeydiyyatı ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə bağlı həbs olunanlar barədə məlumat yayıb.
Baş Prokurorluq Elşad Abdullayevlə bağlı həbs olunanlar barədə məlumat yayıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq qeydiyyatı ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə bağlı həbs olunanlar barədə məlumat yayıb.

Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, tərəfimizdən məlumat verildiyi kimi Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

İstintaqın gedişi barədə ictimayyətə əlavə açıqlama veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti