...

Azərbaycanda korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə yeni təkliflər hazırlanır

Cəmiyyət Materials 22 Fevral 2013 12:54 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən bir sıra təkliflər hazırlayır. Bu barədə Trend-ə komissiyadan bildirilib.
Azərbaycanda korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə yeni təkliflər hazırlanır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən bir sıra təkliflər hazırlayır. Bu barədə Trend-ə komissiyadan bildirilib.

Məlumata əsasən, hazırda komissiyada Milli Fəaliyyət Planına uyğun olaraq, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi, eləcə də korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının keçirilməsi istiqamətində təkliflərin hazırlanması üzərində iş gedir.

Komissiyaya bir sıra dövlət orqanlarından ərizə, müraciət və təkliflər də daxil olmaqda davam edir. Onların qiymətləndirilməsi aparıldıqdan sonra komissiya məqsədəuyğun olan məsələlərin icrasına yönəlmiş təkliflər hazırlayacaq.

Təkliflər profilindən asılı olaraq Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə təqdim olunacaq. Bəzi məsələlər isə ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin strukturunda təkmilləşdirmə işləri aparılır, onun maddi-texniki bazası və kadr təminatı gücləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti