...

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanın təklifini müsbət qiymətləndirib

Cəmiyyət Materials 18 İyun 2013 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Regionda baş verə biləcək irimiqyaslı nüvə və radioloji qəzalar zamanı əhalinin qorunması, düzgün və vaxtında məlumatlandırılması, radiasiya qəzasına qarşı çevik tədbirlərn görülməsi məqsədi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) operativ koordinasiya və məlumatlandırma qurumu olan Hadisə və Qəza Mərkəzinin xidmətlərindən ölkəmizdə istifadə olunması barədə Azərbaycan tərəfindən irəli sürülmüş təklif müsbət qiymətləndirilib.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Nazir müavini bildirib ki, həmin Mərkəzin xidmət sisteminə qoşulmaq üçün ölkəmizdə milli səlahiyyətli orqan kimi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və Milli Xəbərdarlıq Məntəqəsi kimi isə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi təyin edilib.
Onun sözlərinə görə, Azərbaycan irimiqyaslı nüvə və radioloji qəzalara yalnız müəssisə və ya təşkilat səviyyəsində cavabvermə tədbirləri kifayət etmədiyindən ölkədə radioloji qəza hazlrlığı səviyyəsinin yüksəldilməsində AEBA ilə əməkdaşlığa mühüm əhəmiyyət verir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezindentinin 24 aprel 2008-ci il tarixli 746 nömrəli Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikanın üzərində düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə FHN-nin Nüvə və Radioloji Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti