...

Prokuror ABU-nun rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovanın cəzasının yüngülləşdirilməsini istədi

Cəmiyyət Materials 21 Avqust 2013 16:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Prokuror ABU-nun rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovanın cəzasının yüngülləşdirilməsini istədi

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə A.Kazımovun vəkili çıxış edərək ona bəraət verilməsini istəyib.

Məhkəmənin prokuror isə replika hüququndan istifadə edərək A.Kazımovun cəzasının yüngülləşdirilməsini və ona 4 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasının verilməsini istəyib.

Xatırladaq ki, bundan öncəki iclasda prokuror Arzu Kazımov üçün 7 il müddətinə azadlıqdan məhrumedilmə cəzası istəyib.

Məhkəmə avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin işlərdən Arzu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.

Qeyd olunub ki, aparılmış hərtərəfli, tam və obyektiv istintaqla Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, Arzu Kazımov özünü Mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətəuyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu Elşad Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.

Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında Arzu Kazımovun qardaşı Nizami Kazımova məxsus "KNF İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.

Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilib.

Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti