...

Azərbaycanda qiymətli kağızlar bazarında qanun pozuntularına görə cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 22 Oktyabr 2013 14:31 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məsəlləsinə dəyişiklik olunub.
Azərbaycanda qiymətli kağızlar bazarında qanun pozuntularına görə cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qiymətli kağızlar bazarında qanun pozuntularına görə cəzalar sərtləşdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məsəlləsinə dəyişiklik olunub.

İnzibati Xətalar Məsəlləsinin 206-cı maddəsinə edilən dəyişikliyə görə, qiymətli kasğızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə ediləcəklər.

Qanunun 207-ci maddəsinə edilən dəyişikliyə görə isə qiymətli kağızlar emissiyası və buraxılışı qaydalarının pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə ediləcəklər.

Qanunun 211-ci maddəsinə edilən dəyişikliyə görə isə qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti