...

Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyasının keçiriləcəyi məscid və ziyarətgahlar açıqlanıb

Cəmiyyət Materials 6 Noyabr 2013 12:05 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahsını açıqlayıb.
Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyasının keçiriləcəyi məscid və ziyarətgahlar açıqlanıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahsını açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanvermə aksiyası Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunacaq.

Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti