Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Bakının mərkəzi küçələrinin birində təmir işlərinə başlanılıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) təmirinə başlanılıb. Hazırda beton bardürlərin mərmər bardürlərlə əvəz olunması işləri gedir: "Bardürlər dəyişdirildikdən sonra köhnə asfalt-beton örtüyü qaşınacaq, daha sonra yola yeni asfalt örtüyü döşənəcək. Yolun zəruri olan hissələrində genişləndirmə işləri aparılacaq. Yolun təmiri işləri Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər 3,4 km-lik məsafəni əhatə edəcək".
Martın 30-da başlayan təmir işlərinin bir neçə aya başa çatdırılması planlaşdırılır.