Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfalt-beton örtüyünün vurulması işləri başa çatıb.
Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, mayın 14-dən başlanan asfalt-beton örtüyünün vurulması işləri ilə əlaqədar aparılan təmir işləri təxminən 500 metr məsafəni əhatə edib.
P.Mürsəliyev qeyd edib ki, bu gün asfalt-beton örtüyü yenilənmiş həmin ərazidə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi gözlənilir.