...

Bakıda Həsən Əliyev küçəsinin təmirə bağlanan hissəsinin istifadəyə veriləcəyi vaxt açıqlandı

Cəmiyyət Materials 2 İyun 2014 15:19 (UTC +04:00)
Paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) hazırda təmirə bağlanan hissəsi bu həftənin sonunadək istifadəyə veriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakıda Həsən Əliyev küçəsinin təmirə bağlanan hissəsinin istifadəyə veriləcəyi vaxt açıqlandı

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) hazırda təmirə bağlanan hissəsi bu həftənin sonunadək istifadəyə veriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, təmir işlərinin aparılması ilə əlaqədar paytaxtın Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək olan hissəsi hələ də bağlıdır: "Artıq orada kommunikasiya xətləri dəyişdirilib, daha sonra kommunikasiya üçün qazılmış xəndəklər doldurularaq asfaltlanıb, bardürlər və kommunikasiya quyularının dəmir-beton plitələri dəyişdirilib. Bu gündən etibarən yolun adıçəkilən hissəsinin asfalt-beton örtüyünün vurulmasına başlanılıb".

P.Mürsəliyev qeyd edib ki, bundan sonra ərazidə asfalt-beton işləri, kommunikasiya quyularının qapaqlarının dəyişdirilməsi və yolun xətlənməsi işlərinin aparılması qalır: "Həftənin sonunadək bu işlər də tam bitəcək və yolun həmin hissəsi istifadəyə veriləcək. Bundan sonra Həsən Əliyev küçəsinin digər hissəsində təmir işlərinin aparılmasına başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti