...

"Tesla" avtomobillərinin Bakıda satış qiyməti bəlli oldu (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Yanvar 2015 19:04 (UTC +04:00)
Ekoloji təmiz avtomobillərdən olan “Tesla” avtomobilləri artıq Bakıdadır.
"Tesla" avtomobillərinin Bakıda satış qiyməti bəlli oldu (FOTO) (ƏLAVƏ OLUNUB)

"Tesla" avtomobillərinin qiyməti əlavə olunub (ilk xəbər saat 15:01-də yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ekoloji təmiz avtomobillərdən olan "Tesla" avtomobilləri artıq Bakıdadır.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, bu avtomobilləri "GreenCar"- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.

Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən "GreenCar" MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir.

"GreenCar" MMC-nin tezliklə açılacaq elektrik nəqliyyat vasitələrinin satış Mərkəzində ekoloji təmiz avtomobillərin ilk nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür. "Port Baku Mall"da fəaliyyət göstərəcək "GreenCar" Mərkəzində ilkin olaraq "Tesla Model S" avtomobilləri sərgilənəcək və onların satışı təşkil ediləcək.

Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mərkəzdə təqdim olunan elektrik avtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.

Bakıya gətirilən "Tesla Model S" avtomobillərinin fotosessiyasını təqdim edirik. Avtomobillərin texniki göstəriciləri və satış barədə ətraflı məlumatı Azərbaycan Avtomobil Federasiyasının saytından və "GreenCar" MMC-nin facebook səhifəsindən əldə etmək mümkündür.

"GreenCar"ın təqdim etdiyi "Tesla" avtomobillərinin qiyməti:

1. Tesla Model S 60 kWh

Qiyməti: 79 200 AZN

2. Tesla Model S 85 kWh

Qiyməti: 88 200 AZN

3. Tesla Model S 85D Performance

Qiyməti: 110 300 AZN

Avtomobillərin fərqli komplektasiya və texniki göstəriciləri üzrə qiymətlərini "GreenCar" satış mərkəzindən öyrənmək olar.

Əlaqə:

[email protected]

(+994 50) 288 02 99

Məqalədə:
Xəbər lenti

Xəbər lenti