...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib

Cəmiyyət Materials 14 Sentyabr 2015 12:06 (UTC +04:00)
2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə bildiriblər ki, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,16 faizi (1 849 883 nəfər) kişi, 40,84 faizi (1 277 022 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94 faizini (779 763 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39 faizini (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62 faizini (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9 faizini (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti