...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 152 503 nəfərə yüksəlib

Cəmiyyət Materials 4 Noyabr 2015 10:02 (UTC +04:00)
2015-ci il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayında əlavə olaraq 16 147 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 152 503 nəfərə yüksəlib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

2015-ci il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayında əlavə olaraq 16 147 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,92 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 152 503 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19 faizi (1 865 815 nəfər) kişi, 40,81 faizi (1 286 688 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,02 faizini (788 890 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,25 faizini (669 702 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,53 faizini (647 223 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16 faizini (667 033 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 12,04 faizini (379 655 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti