...

“Əl Fəcr” qəzeti Azərbaycanın turizm imkanlarından yazıb

Cəmiyyət Materials 3 Aprel 2017 17:34 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik “Əl Fəcr” qəzetinin 02.04.2017-ci il tarixli nömrəsinin 1 səhifəsi tamamilə Azərbaycana həsr olunub.
“Əl Fəcr” qəzeti Azərbaycanın turizm imkanlarından yazıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik “Əl Fəcr” qəzetinin 02.04.2017-ci il tarixli nömrəsinin 1 səhifəsi tamamilə Azərbaycana həsr olunub.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, qəzetin baş redaktoru Şərif Əl Bəsilin imzası ilə “Azərbaycan özünün təbiəti, tarixi və irsi ilə həmişə qəlblərdədir” adlı geniş məqalə nəşr edilib. Qəzetin baş redaktoru və məqalənin müəllifi iki dəfə Azərbaycanda olub, ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edib, milli adet-ənənələrimiz, mədəniyyətimiz haqqında dəfələrlə müxtəlif məqalələr qələmə alıb.

Məqalədə ilk öncə müəllif Azərbaycanda son vaxtlar turizm sahəsindəki sürətli inkişafdan bəhs edərək, özünün təbiəti, yaradılmış geniş infrastrukturu, istirahət zonaları, tarixi yerləri və arxeoloji qazıntıları ilə ölkəmizin dünyanın qlobal turzim xəritəsində tutduğu önəmli yerini qeyd edib. Baş redektor bu mövzuda xidmət sahələrinin günbəgün müasir standartlara uyğunlaşdırıldığını, gözəlləşən Azərbaycanın sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb.

Müəllif bildirir ki, Azərbaycana hər dəfə səfər edəndə insan özü üçün yeni kəşflər edir. Belə ki, ölkəmizin hər bir şəhərində tarixi elementlərlə yanaşı, müasirliyin naxışları öz əksini tapmışdır. Bu şəhərlərdə istirahətlə yanaşı, ekzotik zövq almaq üçün imkanlar, göz oxşayan təbiət, həmçinin turizmin digər əksər növlərindən faydalanmaq olar.

Məqalədə Qəbələnin Azərbaycan coğrafiyasındakı mövqeyinə, iqliminə və turizm imkanlarına dair ətraflı məlumat verilir. Burada yaradılmış infrastruktur barədə yazılmış məlumatlarda qış turizmi sahəsində xizəksürmə, funiklyorla dağlara qalxma, habelə otellərə dair informasiyalar yer alıb. Qəbələyə ilin bütün fəsillərində on minlərlə turistlərin gəldiyi bildirilir. Meşə və çayları özündə birləşdirən Qəbələnin təbiəti barədə ətraflı məlumat verən müəllif Azərbaycanın doğurdan da bir cox ölkələrdən surətlə inkişaf etdiyini vurğulayır.

Baş redektor Şərif Əl Bəsil, həmçinin, Gəncə şəhərinə səfər edib. Bu şəhər barədə yazarkən buranın görkəmli ədiblər yurdu, o cümlədən dahi Azərbaycan şairi olan Nizaimi Gəncəvinin vətəni olduğunu vurğulayıb. Nizami Gəncəvi məqalədə dahi mütəfəkkir Azərbaycan şairi kimi göstərilərək onun fəlsəfə, astrologiya barədə yazılarının olduğunu vurğulayıb. Müəllif Nizami məqbərəsi və onun yerləşdiyi kompleks barədə məlumatlara yer ayırıb. Bu ərazidə 2013-cü ildə yaradılmış muzey və onun eksponatları barədə məlumatlara toxunan müəllif tarixi faktlardan söhbət açır. Burada nümayiş olunan tarixi nümunələrin, əlyazmaların toplanılması üçün uzun illər işlər aparıldığı, dünyanın onlarla ölkələrindən materialların gətirildiyi qeyd olunur. Müəllif həmçinin dahi Britaniya şairi Uilyam Şekspirin Nizami şerlərindən ruhlanması və Romeo və Culyetta əsərinin məhz bundan sonra yaranması barədə fikilər vurğulayıb. Məqalədə Nizami Gəncəvinin YUNESKO-nun Mədəni irsinə Azərbaycan şairi kimi daxil edildiyi qeyd olunur. Həmçinin Misirin İskəndəriyyə Kitabxanası ilə Nizami Beynəlxalq Mərkəzinin əlaqələrindən, mədəniyyət sahəsində gördükləri işlərdən danışıılır.

Qeyd olunan muzeyin qarşısında qoyulmuş Məhsəti Gəncəvinin heykəli barədə yazan müəllif onu şərqdə ilk şahmat oynamağı bacaran qadın kimi qələmə verir. Heykəlin memarlıq baxımıdan olduqca göz oxşayan yerdə, çayların axdığı, gözəl mənzərəli bir yerdə olması qeyd olunur. Həmçinin muzeydə saxlanılan kitablardan, eləcədə eksponatlardan söz açılır.

Şəki barədə yazılar bu rayonun cografi mövqeyinin izah edilməsi ilə başlayir. Dağların, meşələrin, tarixi abidələrin yerləşməsi geniş izah olunub. Şəkinin tarixi barədə yazılarda Şəkinin Hacı Çələbi Xan tərəfindən əsasının qoyulduğu qeyd olunur. Daha sonralar nəvəsi Məhəmməd Hüseyn Xanın onun yolunu davam etməsi bildirilir. Məqalədə Şəkinin 16-cı əsrin axırı, 17-ci ərsin əvvəllərində Osmanlıların nəzarətində olduğu, Nadir Şahın buraya hücumu barədə məlumatlar verilir.
Hazırkı Şəkinin isə 1762-ci ildə Məhəmməd Hüseyn Xan tərəfindən tikildiyinə dair yazılarda o vaxt Şəki xanının dünyada ən gözəl saray tikmək niyyətində olduğu vurğulanır. Bu barədə xanın əmr verməsi, bir sıra ölkələrdən memarların cəlb edilməsinə dair qeydlər göstərilir. Sarayın tikilib bitməsindən sonra xanın baş memardan “bu saraydan daha yaxşısını tikə biləcəyinə” dair sualına müsbət cavab verdiyinə görə memarın xan tərəfindən edam olunmasının səbəbləri açıqlanır. Yazıda Xan sarayı barədə geniş məlumat verilir.

Müəllif Azərbaycanın füsünkar gözəlliyini görmək üçün ərəb turistlərini Azərbaycana səfər etməyə dəvət edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti