...

Baş Prokurorluq: Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların əksəriyyətinin təvəllüdü 1980-90-cı illəri əhatə edir

Cəmiyyət Materials 3 Sentyabr 2018 13:34 (UTC +04:00)
Cinayət işlərinin təhlil edilməsi nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edənlər radikal dini cərəyanların ideoloji təsirinə məruz qalanlardır.
Baş Prokurorluq: Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların əksəriyyətinin təvəllüdü 1980-90-cı illəri əhatə edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Cinayət işlərinin təhlil edilməsi nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edənlər radikal dini cərəyanların ideoloji təsirinə məruz qalanlardır.

Trend-in məlumatına görə, Baş Prokurorluğun İdarə rəisinin müavini Rauf Məmmədov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şəxslərin əksəriyyətinin təvəllüdü 1980-1990-cı illəri əhatə edir: "1992-93-cü illərdən başlayaraq, xarici dövlətlərin xüsusi xidmət orqanlarının nəzarəti altında mədrəsələrdə təhsil almış şəxslər respublikada qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yardımlar paylamaqla, dövlət nəzarətindən kənar məscidlər tikməklə bu kimi hadisələrin təməlini qoyublar. Radikal cərəyanların Azərbaycanda yayılması məqsədilə müxtəlif dövlətlər çox vaxt xeyriyyə fəaliyyəti adı altında əhalinin sosial vəziyyəti aşağı olan təbəqəsi arasında təbliğat işləri aparırlar. Məsələn, yerli gənclərə həmin ölkələrdə pulsuz təhsil almaq təklif edilir. Bu ölkələrdə dini təhsil almış məzunlar isə Azərbaycan üçün qeyri-ənənəvi olan baxışlarla ölkəyə qayıdıblar və nəticədə zərərli dini cərəyanların qəbul edilməsinə nail olublar".

R.Məmmədov bildirib ki, xaricdə dini təhsil almış şəxslər Azərbaycanda dini təbliğ edə bilməzlər: "Artıq Azərbaycanda dini təhsil almaq üçün çox münbit şərait yaradılıb. Müstəqilliyimizin ilk illərində bəzi vətəndaşlarımız dini təhsil almaq üçün xaricə gedib, orada yad dini təsirlərin altına düşürdülər. Azərbaycana gəldikdən sonra isə orada aldıqları dini təhsillərini zərərli təbliğat vasitəsi kimi istifadə edirdilər. Artıq mövcud qanunvericilikdə buna görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur".

R.Məmmədov əlavə edib ki, artıq dini mağazalarda ölkəmizdə yayılması qadağan olunmuş, zərərli təbliğat vasitələri olan dini ədəbiyyatları yaymaq və satmaq da cinayət məsuliyyəti yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti