...

Heydər Əliyev Mərkəzinin parkındakı konsert Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv olunub

Mədəniyyət Materials 9 May 2019 13:33 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin parkındakı konsert Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv olunub
Heydər Əliyev Mərkəzinin parkındakı konsert Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv olunub

Bakı. Trend:

Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib.

Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib.

Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.

Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub.

Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti