...

15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı: hadisə yerində öldü

Cəmiyyət Materials 18 Yanvar 2020 16:34 (UTC +04:00)
Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı: hadisə yerində öldü

Bakı. Trend:

Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, yanvarın 17-də saat 14 radələrində Gəncənin Nizami rayonu ərazisində şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti