...

AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yayıb

Cəmiyyət Materials 21 Mart 2020 19:30 (UTC +04:00)
“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib
AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yayıb

Bakı. Trend:

“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilir.

Trend-ə daxil olan açıqlamada deyilir ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir.

“Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”, - deyə açıqlamada vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti