...

Monteneqroda yenidənqurmadan sonra genişlənən Bakı küçəsi (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2020 12:31 (UTC +04:00)
Monteneqroda yenidənqurmadan sonra genişlənən Bakı küçəsi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Monteneqronun paytaxtı Podqoritsa şəhərində yenidənqurma və genişləndirmə işlərindən sonra "Bakı" küçəsi istifadəyə verilib.

Trend-in məlumatına görə, yenidən qurma işlərindən sonra olan açılışda isə Podqoritsa bələdiyyəsinin sədri İvan Vukoviç, bələdiyyə üzvləri, Azərbaycannın Monteneqrodakı diplomatik nümayəndəliyinin diplomatları, Monteneqro parlamentinin deputatları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yenidənqurma və genişləndirmə işlərindən sonra “Bakı” küçəsinin uzunluğu 595 metr təşkil edir və o şəhərin iki mühüm prospektlərini - “Mixail Laliç” və “Çetinski Put”u (paytaxta əsas giriş prospekti) birləşdirir.

Qeyd edək ki, "Bakı" küçəsinin ilk açılışı 2013-cü ildə olub. Həmin vaxt Podqoritsanın "Kral parkı"nda Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılış mərasimi də keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti