...

Şağan qəsəbəsindəki pansionat ildə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək

Cəmiyyət Materials 14 Noyabr 2020 11:49 (UTC +04:00)
Şağan qəsəbəsindəki pansionat ildə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti