...

Hacıqabul gölünün bərpası ilə bağlı komissiya təşkil ediləcək

Cəmiyyət Materials 20 Sentyabr 2022 14:19 (UTC +04:00)
Hacıqabul gölünün bərpası ilə bağlı komissiya təşkil ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib.

Bu gün komitənin iclası keçirilib və payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib.

Bunlar aşağıdakılardır:

-Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;

-Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;

-Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;

-İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;

-“Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsalnan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti