...

Xaçmaz rayonunun Əbilyataq kəndində şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2022 14:38 (UTC +04:00)
Xaçmaz rayonunun Əbilyataq kəndində şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun 40 mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimayyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Əbilyataq kənd qəbristanlığında şəhidimizin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra rayon rəsmləri şəhid Elnur Rüstəmovun ailə üzvləri ilə görüşüblər. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidimizin ailəsinə başsağlığı verərək, Vətən uğrunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyib. İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətlərdən danışıb. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Rayon ictimayyətinin nümayəndələri şəhid Elnur Rüstəmovun şərəfli ömür və döyüş yoluna nəzər yetiriblər. Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.

Şəhidin atası Faid Rüstəmov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti