...

“Bakmil”də qatarların hərəkət cədvəli dəyişdirilir

Cəmiyyət Materials 14 Sentyabr 2023 16:18 (UTC +04:00)
“Bakmil”də qatarların hərəkət cədvəli dəyişdirilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tətbiq ediləcək. Bu səbəbdən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə də dəyişikliklər edilib.

Trend xəbər verir ki, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilib.

Qeyd edək ki, yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti