Bakı. Trend:
Şirvanda 12 yaşlı uşaq qızılcaya yoluxduqdan sonra ağırlaşmadan ölüb.
Trend xəbər verir ki, evdə müalicə alan Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub. İddia olunur ki, 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.
O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.
Bütün yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.