...

Aortanın protezləşdirilməsi nəticəsində neçə nəfər ölümdən xilas olub ?

Cəmiyyət Materials 10 Fevral 2025 11:12 (UTC +04:00)
Aortanın protezləşdirilməsi nəticəsində neçə nəfər ölümdən xilas olub ?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) adlanan qapalı üsullarla icra olunub. 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub.

Qeyd edək ki, aorta anevrizmasının icbari tibbi sığorta ilə müayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti