...

Qeyri-hökümət təşkilatları təhsildə rüşfətin əleyhinədir

Cəmiyyət Materials 10 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx.Trendlife Qalina Məcidova/Azərbaycan Korrupsiyaya qarşı mübarizə Komissiyası yeni milli rüşvətlə mübarizə strategiyasına başlayıb. 20-dən çox qeyri-hökümət təşkilatı artıq bu sahədə aktiv iş görür və onların məqsədi bu xəstəliyin kökünü kəsmək və ictimai şüuru oyandırmaqdır.

Bu gün təhsildə baş verən rüşvətxorluq ən aktual məsələdir. Çünki bu, nəinki savadsız kadrlar yetişməsinə, həmçinin ictimai şüurun mənfi təsirlərə məruz qalmasına səbəb olur. Qeyri-hökumət təşkilatları "Psixoloji mərkəz" "Abiturient" jurnalının dəstəyi ilə "Təhsil sistemində gedən rüşvətxorluq" adlı birinci işini başa vurdu. Bu günlərdə təşkilatın və layihənin rəhbəri, BDU-nun sosial elmlər və psixologiya fakultəsinin müəllimi, elmlər namizədi Svetlana Məcid qızı Məcidova jurnalistləri ilk işinin nəticələri ilə tanış etdi. Məcidovanın sözlərinə görə, son vaxtlar təhsilin vəziyyəti dəhşətli dərəcədə dəyişib. Bunun səbəbi nədir? Bununla necə mübarizə aparmaq olar?

Bu suallarla QHT-lər psixoloqa müraciət ediblər. Bu məqsədlə müxtəlif kateqoriyalardan olan 991 respondent arasında rəy sorğusu keçirilib. Paylanmış anketlərdə 30 sual var. Bura tələbələr, magistirlər, müəllimlər, valideynlər, doktoranlar daxildir. Mərkəzdə belə fikirləşirlər ki, psixoloji qurum olmasa insanı çətin ki, rüşvətdən yayındırasan. Məsələn, nəyə görə insan rüşvətxorluqla məşğul olur? Və buna necə haqq qazandırır? Görəsən, bu problemi həll etmək olar?

Keçən ilin sentyabrından bu ilin aprelinə qədər Bakıda və regionlarda keçirilən monitorinqlərdə QHT-lər üçün rüşvətxorluqla mübarizə çətin problem deyil. QHT-lər ən maraqlı cavabları məktəblilərdən ala biliblər. Onların 60% fikirləşir ki, rüşvətxorluq qeyri-qanunidir, 40% isə rüşvətxorluğu qeyri-qanuni saymır. Onların fikirlərinə görə, məktəbdə rüşvətxorluq adi haldır. Prosesdə belə aydın oldu ki, ailəyə 200 manat və çox gəlir gələndə bu norma sayılır və yuxarı sinif şagirdləri fərdi qaydada müəllim yanında hazırlaşa bilərlər. Bu isə onu göstərir ki, məktəb öz üzərinə düşən funksiyanı yerinə yetirə bilmir. Belə qərara gəlmək olar ki, Azərbaycan çoxdan pulsuz təhsildən əlini üzüb. 50% valideyn belə fikirləşir ki, məktəb müəllimləri rüşvətxordular. Ucar və Cəlilabad kimi rayonlarda əhali keçirilən sorğulara ehtiyatlı yanaşıblar. Lakin İsmayıllı və Tovuz əhalisi bütün suallara ətraflı cavab verib. Məcidova belə hesab edir ki, hazırda keçirilən srrğuların nəticələri araşdırılır və təhsil sistemində müasir rüşvətxorun psixoloji portreti hazırlanır.

Xəbər lenti

Xəbər lenti