...

FIDE prezidenti istefa xəbərlərini təkzib edir (YENİLƏNİB)

İdman Materials 27 Mart 2017 16:45 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov vəzifəsindən istefa verib.
FIDE prezidenti istefa xəbərlərini təkzib edir (YENİLƏNİB)

Bakı. Trend:

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, faktı federasiyanın rəsmi saytı da təsdiq edib.

Qeyd olunur ki, gələn ay FIDE-nin növbədənkənar toplantısının keçiriləcəyi bildirilir.

Maraqlıdır ki, bu xəbər yayıldıqdan bir neçə dəqiqə sonra K.İlyumjinov istefa vermədiyini bəyan edib:

"Мəni vəzifəmdən kənarlaşdırmaq istədilər, lakin bunu bacarmadılar. Mən heç nəyi imzalamadım. Düşünürəm ki, burada amerikalıların əli var".

Xatırladaq ki, 2015-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi 1995-ci ildən FIDE-yə rəhbərlik K.İlyumjinov Suriya Prezidenti Bəşər Əsədə dəstək verməkdə ittiham edərək onu sanksiya tətbiq edilmiş şəxslərin siyahısına daxil edib. Bu səbəbdən K.İlyumjinova ABŞ-a girişə icazə verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti