...

Azyaşlı azarkeş: Murad Ağarzayevin qızıl medal qazanmasını istəyirəm

İdman Materials 15 Mart 2019 14:23 (UTC +04:00)
İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm.
Azyaşlı azarkeş: Murad Ağarzayevin qızıl medal qazanmasını istəyirəm

Bakı. Cani Babayeva - Trend:

İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm.

Bunu Trend-ə Bakıda keçirilən turnirin azyaşlı azarkeşi İsmayıl Əhmədov deyib.

İ.Əhmədov artıq iki ildir ki idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Buna görə də mənə gimnastların mübarizəsinə baxmaq maraqlıdır. Bütün Azərbaycan idmançılarına, xüsusən də Murad Ağarzayevə azarkeşlik edirəm. Arzulayıram ki, qızıl medal qazansın".

O, final mərhələsində də gimnastlarımıza azarkeşlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti