...

Sloveniyalı idmançı: Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir

İdman Materials 27 Aprel 2019 18:46 (UTC +04:00)
Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir.
Sloveniyalı idmançı: Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir

Bakı. Trend:

Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir.

Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunun sloveniyalı iştirakçısı Yekaterina Vedeneyeva deyib.

O bildirib ki, bu, onun Bakıya ilk səfəridir: "Mən bilirdim ki, dünya çempionatı Bakıda keçiriləcək və meydançanı sınaqdan keçirmək lazımdır. Bizim təəssüratlarımız çox yaxşıdır, təşkilatçılıq əladır".

Gimnast vurğulayıb ki, idmançılara zalın dəstəyi kömək edir: "Azarkeşlər bizi isti qarşılayır. Yarışlar bir-birindən fərqlənir, azarkeşlər fərqli olur, amma Azərbaycanda gimnastikanı sevirlər, ona görə də hər şey gözəldir".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti