...

Karateçimiz Roman Heydərov bürünc medalı qazanıb

İdman Materials 29 İyun 2019 21:30 (UTC +04:00)
Roman Heydərov bürünc medala sahib olub
Karateçimiz Roman Heydərov bürünc medalı qazanıb

Bakı. Trend:

İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medalı qazanıb.

Trend-in məlumatına görə, kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorquneri məğlub edib – 25:46-24:54.

Xatırladaq ki, B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksələn karateçimiz bu mərhələdə 25,40 xal yığaraq bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti