...

Festivalda 1500 metr qaçış yarışında qaliblər müəyyənləşib

İdman Materials 24 İyul 2019 20:52 (UTC +04:00)
XV Avropa Gənclər Olimpiya Festivalında oğlanlar arasında 1500 metr məsafəyə qaçış üzrə final yarışı keçirilib.
Festivalda 1500 metr qaçış yarışında qaliblər müəyyənləşib

Bakı. Trend:

XV Avropa Gənclər Olimpiya Festivalında oğlanlar arasında 1500 metr məsafəyə qaçış üzrə final yarışı keçirilib.

Trend-in məlumatına görə, yarışda qızıl medalı polşalı Yedrzey Pojvardovski qazanıb. Gümüş medala fransalı Adil Espasa, bürünc medala isə ispaniyalı Fikadu Qonzales layiq görülüblər.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti