...

Efiopiyalı idmançı 10 min metrə qaçış üzrə dünya rekorduna imza atıb

İdman Materials 9 İyun 2021 01:11 (UTC +04:00)
Efiopiyalı idmançı 10 min metrə qaçış üzrə dünya rekorduna imza atıb

Bakı. Trend:

Efiopiyalı idmançı Letesenberq Qidey Niderlandda keçirilən turnirdə 10 min metrə qaçış üzrə yeni dünya rekorduna imza atıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 23 yaşlı L.Qidey 10 min metr məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edib və iyunun 5-i Niderland idmançısı Sifan Hassanın təyin etdiyi rekordu qırıb.

Efiopiyalı idmançı qeyd edib ki, dünya rekorduna imza atmaq niyyətində idi: "Dünya rekorduna imza atacağıma ümid edirdim. Əlbəttə, növbəti dəfə rekordumu qırmağa çalışacağam".

Qeyd edək ki, LQideyin 23 yaşı var, o Dünya çempionatının gümüş medalçısıdır. Efiopiya idmançısının Dünya Kros Çempionatlarında beş qızıl və bir gümüş medalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti