...

"Aberdin" - "Qarabağ" cavab oyununa 10 mindən çox bilet satılıb

İdman Materials 21 Avqust 2021 10:36 (UTC +04:00)
"Aberdin" - "Qarabağ" cavab oyununa 10 mindən çox bilet satılıb

Bakı. Trend:

Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" cavab oyununa böyük maraq var.

Trend xəbər verir ki, "Pittodri" stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti