...

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb

İdman Materials 31 İyul 2022 19:15 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

Trend MOK-un mətbuat xidmətinə istinadla xəbər verir ki, baş katib Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhfə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, A.Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti