...

Gənclər və idman naziri və MOK-un baş katibi Konyada futbol üzrə milli komanda ilə görüşüblər (FOTO)

İdman Materials 12 Avqust 2022 22:55 (UTC +04:00)

Bakı. Trend:

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verir ki, Mərakeş yığması ilə oyundan əvvəl gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar.

Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti