...

Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici oyuna çıxır

İdman Materials 23 Avqust 2022 09:50 (UTC +04:00)
Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici oyuna çıxır

Bakı. Trend:

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Trend xəbər verir ki, "atlılar" Çexiyada "Viktoriya"nın qonağı olacaq. Plzendə baş tutacaq matça saat 23:00-da start veriləcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb. "Qarabağ" mərhələ adlamaq üçün yalnız qələbə qazanmalıdır.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

23 avqust

23:00 Viktoriya (Plzen, Çexiya) - Qarabağ
İlk oyun - 0:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti