Bakı. Trend:
İspaniyalı tennisçi Karlos Alkaras ABŞ "US Open" açıq Böyük Dəbilqə turnirinin finalında norveçli Kasper Rudu məğlub edib
Trend-in məlumatına görə, K.Alkaras 6:4, 2:6, 7:6 (7:1), 6:3 hesabı ilə qalib gəlib. Görüş 3 saat 22 dəqiqə davam edib
K.Alkaras Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində dördüncü, K.Ruud yeddinci yerdədir.
Qələbə sayəsində K.Alkaras reytinqin yeni versiyasında birinci yerə yüksələ biləcək.