...

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

İdman Materials 24 Aprel 2025 19:15 (UTC +04:00)
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Trend xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.

Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti