...

Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır

Dünya xəbərləri Materials 24 Aprel 2025 20:08 (UTC +04:00)
Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası on ildən artıq istismarda olan avtomobillər üçün illik məcburi texniki baxış tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüsün məqsədi yol-nəqliyyat hadisələrinin və qəza qurbanlarının sayını azaltmaqdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti və üzv dövlətlərin razılığı tələb olunur.

Hazırda bir çox Avropa İttifaqı (Aİ) ölkəsində köhnə avtomobillər hər il texniki baxışdan keçirilir. Köhnə avtomobillər nasaz və qəza riski yüksək olmasından əlavə, ətraf mühitə daha çox zərərli maddə buraxır.

Aİ-nin Texniki Nəzarət Birliyinin məlumatına əsasən, 10–11 yaşlı avtomobillərin təxminən dörddə birində ciddi nasazlıqlar qeydə alınır. Birlik bu cür avtomobillər üçün illik texniki baxışın məcburi qaydada həyata keçirilməsini bir müddətdir təklif edir. Lakin bəzi peşəkar birliklər bu təşəbbüsə tənqidi yanaşır. Onların fikrincə, köhnə avtomobillərin daha çox qəza törətdiyini sübut etmək çətindir.

Hazırda Almaniyada avtomobillər yaşından asılı olmayaraq, hər iki ildən bir texniki baxışdan keçir. Yeni avtomobillər üçün isə ilk texniki baxış üç ildən sonra həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti