...

Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Siyasət Materials 24 Aprel 2025 18:15 (UTC +04:00)
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı, həmçinin, “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

Xəbər lenti

Xəbər lenti