...

Pivə satışı ilə bağlı cərimə ləğv edildi

İqtisadiyyat Materials 14 Oktyabr 2016 14:00 (UTC +04:00)
Pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılır.
Pivə satışı ilə bağlı cərimə ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.

Belə ki, Məcəllənin 450.2-ci maddəsinə "pivə" sözü də əlavə edilir. Hazırda qüvvədə olan maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən isə "tütün" sözündən əvvəl, "pivə" sözü də əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti