...

"Atəşgah" və "Atəşgah Həyat" İpoteka Fondunun müvəkkil sığorta şirkətləri siyahısındadır

İqtisadiyyat Materials 9 Dekabr 2016 10:39 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətləri “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil sığorta şirkətləri siyahısına daxil edilib.
"Atəşgah" və "Atəşgah Həyat" İpoteka Fondunun müvəkkil sığorta şirkətləri siyahısındadır

Bakı. Trend:

Azərbaycanın aparıcı sığorta şirkətləri “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil sığorta şirkətləri siyahısına daxil edilib.

Bu barədə Trend-ə “Atəşgah” SŞ-dən məlumat verilib.

Bu, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabında ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka verilməsi Qaydası”na uyğun olaraq, 1 dekabr 2016-cı il tarixində hər iki şirkətlə AİF arasında bağlanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində mümkün olub.

Sazişə görə, “Atəşgah Həyat” SŞ AİF-in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, “Atəşgah” SŞ isə AİF – in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakın sığortalanmasını həyata keçirəcək.

QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2015-ci ilin nəticələrinə görə, ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 83 mln. AZN, ödənişləri isə 34,1 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti