...

"Apple" şirkətinin kapitallaşması rekord həddə azalıb

İqtisadiyyat Materials 4 Sentyabr 2020 13:48 (UTC +04:00)
"Apple" şirkətinin kapitallaşması rekord həddə azalıb

Bakı. Trend:

Ötən gün Nyu-York Fond birjasında keçirilmiş alqı-satqı nəticəsində “Apple” şirkətinin səhmləri 8 faiz ucuzlaşıb.

Trend-in məlumatına görə, bu, şirkətin kapitallaşmasının rekord həddə azalmasına səbəb olub.

Belə ki, “Apple” bir gün ərzində 180 milyard dollar dəyər itirib və bu, dünya tarixində rekord hesab olunub.

Bununla belə, şirkətin kapitallaşması 2 trilyon dollar həddindən yüksəkdə qalmaqdadır. Şirkət bu göstəriciyə avqustun 19-da çatıb.

Qeyd edək ki, “Apple” şirkətinin gələn ay 4 yeni smartfon təqdim etməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti